Zaqatala, Balakən və Qax rayonlarının folklor kollektivləri Bakıda çıxış edib

Zaqatala, Balakən və Qax rayonlarının folklor kollektivləri Bakıda çıxış edib
# 05 sentyabr 2016 11:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Zaqatala, Balakən və Qax rayonlarının folklor kollektivləri Bakıda çıxış ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, musiqili-əyləncəli tədbirdə Zaqatala rayonundan “Alazan” və “İnqloy” rəqs qrupları, Qax rayonundan Ağyazı kənd mədəniyyət evinin “Zurnaçılar” ansamblı, “Tunqayməlik” folklor ansamblı, Balakən rayonundan isə “Buta” qızlar ansamblı və “Qubek” folklor ansamblı çıxış edib. Tədbir çərçivəsində el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub. Sərgidə Zaqatala rayonu 50, Qax 200, Balakən isə 100-dək sənət əsəri ilə təmsil edilib.

Sərgi-yarmarka sentyabrın 7-dək davam edəcək.

Qeyd edək ki, avqustun 20-23-də Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblı kollektivlərinin konserti və sərgilər keçirilmişdi. Avqustun 25-də isə Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR