Ermənilərin artilleriya zərbələri nəticəsində 16 yaşlı qız həlak olub

Ermənilərin artilleriya zərbələri nəticəsində 16 yaşlı qız həlak olub
# 05 aprel 2016 10:25 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı – APA. Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb.

Mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb.

Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.

16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR