Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
# 18 dekabr 2015 09:43 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Təhsil naziri Mikayıl Cabbarov Sabirabad rayonunda vətəndaşları qəbul edib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Şirvan şəhəri, Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşlar iştirak edib.


Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu, iş yerinin dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin maddi-texniki bazalarının yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib və bəzi məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR