Milli Məclisdə Azərbaycanın xaricdəki diaspor təşkilatlarına çağırış edilib

Milli Məclisdə Azərbaycanın xaricdəki diaspor təşkilatlarına çağırış edilib
# 05 aprel 2016 10:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın xaricdəki diaspor təşkilatlarına çağırış edilib, habelə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmə təşəbbüsü irəli sürülüb.

APA-nın məlumatına görə, deputat Qənirə Paşayeva son günlər təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranan gərginlikdən, dünyadakı erməni lobbisinin təsirindən danışıb.

O, Azərbaycanın xaricdəki diaspor təşkilatlarını, xüsusilə xaricdə yaşayan azərbaycanlı gəncləri fəal olmağa çağırıb. Deputat bildirib ki, dünya birliyinə obyektiv məlumatın çatdırılması, obyektiv qiymətin verilməsi məhz xaricdəki diaspor hərəkatından asılıdır: “Erməni diasporu, lobbisi və dəstəkçiləri son hadisələrlə bağlı yenə Azərbaycana qarşı yalanlarla dolu təbliğata başlayıblar. Buna imkan verməməliyik. Diasporumuz yaşadığı ölkələrdə diqqətli və duyarlı olmalıdır. Gənclərimiz xarici dillərdə sosial şəbəkələrdə fəal olmalıdır. İnformasiya müharibəsində də qələbə bizim üçün çox vacibdir. Buna da xüsusi diqqət göstərməliyik”.

Daha sonra deputat Silahlı Qüvvələrə Yardım Fonduna maaşının bir qisminin köçürəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR