Səfirlik: “Fransa tərəflərdən heç birinə silah ixrac etmir”

Səfirlik: “Fransa tərəflərdən heç birinə silah ixrac etmir”
# 02 fevral 2016 13:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Fransa səfirliyi Ermənistana silah satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məsələyə münasibətini açıqlayıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, Fransa tərəflərdən heç birinə silah ixrac etmir.

“Fransa tərəflərdən heç birinə silah ixrac etmir və silah embarqosunun pozulmaması üçün üçüncü ölkələrə göndərilən silahların yenidən ixrac edilməsinin qarşısını almaq məqsədilə son istifadəçi sertifkatlarını tələb edir”,-deyə səfirlikdən bildiriliblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare .338 LM” snayper tüfənglərdən istifadə etməsinin əks etdirən məlumatlar yer almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR