Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Sentyabr - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 17:16 (UTC +04:00)

Avropaya payız problemlərlə gəlir. Qitənin mavi yanacaqla təminatı artıq xroniki problemə çevrilib. Kreml ilə davam edən gərginlik bu problemi hər il daha da ağırlaşdırır. Bu il problemlərin üzərinə daha biri əlavə olunub. Bu, suriyalı qaçqınlar problemidir. Əslində problem yeni, həll olunmaz və təqdim olunduğu qədər dəhşətli deyil. Avropaya miqrant axını həmişə olub, bu demoqrafik proses nəticəsində Fransa, İsveç kimi ölkələrin əhalisinin etnik tərkibi xeyli dəyişib. Avropa Birliyi zamanında milyonlarla insana sığınacaq verib və bu proses heç vaxt indiki dəhşətli mənzərələrlə müşayiət olunmayıb. Bəs problem nədir? Qaçqınların suriyalı olması? Avropa üçün gələn qaçqının suriyalı yaxud Afrika mənşəli olmasının nə fərqi var? Problem Avropaya on minlərlə qaçqının üz tutmasında deyil, məsələ bu problemin Qərb mediası və Avropa Birliyi ölkələri tərəfindən dəfələrlə şişirdilməsindədir. Səbəb isə dünyada tüğyan edən iqtisadi böhranın Avropada daha ağrılı keçməsidir. Və qaçqınlar problemi Avropa hökumətlərinə iqtisadi böhranın nəticələrini ört-basdır etmək üçün gözəl bir bəhanədir. Sosial problemləri böhranla izah etməkdənsə, hər şeyi qaçqınlar ordusunun ayağına yazmaq daha asandır və Qərb də bu yolu tutub. Bu qədər bəsit...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR