Qazaxda baş vermiş yol-nəqliyyat hadisələrində xəsarət alan şəxslər ölüb

Qazaxda baş vermiş yol-nəqliyyat hadisələrində xəsarət alan şəxslər ölüb
# 21 may 2016 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qazaxda baş vermiş yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslər ölüblər.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da saat 13 radələrində Qazax rayonunun Ağköynək kəndində rayon sakini Vüsal Nəsibov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əsmər Haqverdiyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş Ə.Haqverdiyeva mayın 20-də orada ölüb.

Mayın 8-də saat 13 radələrində Qazax şəhərində şəhər sakinləri Orxan Vəliyevin və Nizami Hüseynovun idarə etdikləri “VAZ” və Mübariz Musayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə O.Vəliyev və sərnişini, həmyerlisi Əmrah Məmmədov xəstəxanaya yerləşdirilib. Ə.Məmmədov mayın 20-də orada ölüb.


Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR