Bakıda 17 mərtəbəli binadan özünü atan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakıda 17 mərtəbəli binadan özünü atan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 11 mart 2016 12:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 17 mərtəbəli binadan özünü atan şəxsin kimliyi məlum olub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında yerləşən 17 mərtəbəli binadan özünü atan şəxsin 1992-ci il təvəllüdlü Fərid Xəqani oğlu Şahverdiyev olması müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, F. Şahverdiyev ruhi xəstə kimi qeydiyyatdadır. Mərhumun atası hadisə baş verən binada mənzil alıb. Lakin həmin mənzildə yaşayış yoxdur. F. Şahverdiyev səhər atasından həmin mənzilin açarlarını istəyib. Lakin atası xəstəliyini nəzərə alaraq evin açarlarını ona verməyib. F. Şahverdiyev daha sonra həmin binaya gedərək 8-ci mərtəbədən özünü atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

Saat: 10.45

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb. 35-40 yaşlarında naməlum kişi həmin ünvanda yerləşən 17 mərtəbəli binadan özünü ataraq öldürüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Özünü binadan atan şəxsin həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Onu tanıyanlardan (050) 286-01-46, (077) 271-16-17 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR