Xamneyinin məsləhətçisi Moskvaya səfər edəcək

Xamneyinin məsləhətçisi Moskvaya səfər edəcək
# 25 yanvar 2016 14:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İranın ali dini lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti fevralın ilk günlərində Rusiyaya səfərə gedəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Moskvadakı səfirliyindən bildiriblər.

Ə. Vilayətinin Rusiya rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Əsas müzakirə mövzuları ikitərəfli münasibətlər və regiondakı vəziyyət olacaq.

Ə. Vilayətinin brifinq keçirəcəyi də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR