"Kapital Bank"ın aktivləri 2 mlrd. manatı ötüb

"Kapital Bank"ın aktivləri 2 mlrd. manatı ötüb
# 26 yanvar 2016 14:57 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-ci il yanvarın 1-ə “Kapital Bank”ın cəmi aktivləri 2 mlrd. 19,880 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 46,86% çoxdur.

Hesabat dövründə bankın kredit portfeli 32,34% artaraq 1 mlrd. 161,636 mln. manata çatıb.

Bankın depozit portfeli bu ilin əvvəlinə 1 mlrd. 45,547 mln. manat olub.

2016-cı il yanvarın 1-ə bankın məcmu kapitalı 286 mln. 802,37 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR