Ağdaşda avtomobil aşıb, ata və iki oğlu ağır xəsarət alıb

Ağdaşda avtomobil aşıb, ata və iki oğlu ağır xəsarət alıb
# 11 aprel 2016 08:07 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda bir ailənin 3 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 7:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini 1964-cü il təvəllüdlü Həsənov Nurəddin Soltan oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili yoldan çıxaraq çökək əraziyə aşıb. Hadisə zamanı sürücü Nurəddin Həsənov və iki oğlu, 1992-ci il təvəllüdlü Nurlan Həsənov, 1990-cı il təvəllüdlü Müşfiq Həsənov ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR