Gəncə Dövlət Dram Teatrı Bakıda “Dəli yığıncağı” tamaşasını nümayiş etdirəcək

Gəncə Dövlət Dram Teatrı Bakıda “Dəli yığıncağı” tamaşasını nümayiş etdirəcək
# 15 dekabr 2015 14:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gəncə Dövlət Dram Teatrı Bakıda “Dəli yığıncağı” tamaşası ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, teatr səhnə əsərini Bakıya qastrol səfəri çərçivəsində S.Vurğun adına Rus Dram Teatrında nümayiş etdirəcək.

Tamaşanın quruluşçu baş rejissoru İradə Gözəlova, quruluşçu rəssam Elnur Axundovdur.

Əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR