ATƏT sədri: “Cəbhə bölgəsində atəşkəsin pozulması hallarının araşdırılması mexanizmi yaradılmalıdır”

ATƏT sədri: “Cəbhə bölgəsində atəşkəsin pozulması hallarının araşdırılması mexanizmi yaradılmalıdır”
# 05 fevral 2016 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupunun himayəsi altında gedən danışıqların intensivləşdirilməsini təbliğ edir: “Bunun üçün vacib addımlardan biri atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasıdır”.

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” kimi təqdim olunmasını qəbul etmədiyini əlavə edib. Onun sözlərinə görə, münaqişə hər il davam edir, ondan insanlar əziyyət çəkir və regiondakı durğunluğun səbəbkarıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR