Azərbaycan prezidenti albaniyalı həmkarı ilə görüşüb

Azərbaycan prezidenti albaniyalı həmkarı ilə görüşüb
# 10 mart 2016 15:45 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Albaniya prezidenti Bujar Nişani ilə görüşüb.

APA-nın məlumatına görə, IV Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini deyən dövlət başçısı toplantıda getdikcə daha çox nüfuzlu qonağın iştirak etməsini məmnunluqla qeyd edib.

Foruma dəvətə görə prezident İ. Əliyevə minnətdarlığını ifadə edən Albaniya prezidenti tədbirin müxtəlif ölkələrdən olan nümayəndələrin bir araya gələrək dünya dövlətlərinin üzləşdiyi bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparması üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

Ölkələrimiz arasında yaxın dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan B. Nişani əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Əlaqələrin inkişafına verdiyi dəstəyə və ölkəsinə göstərdiyi dost münasibətinə görə şəxsən prezident İ. Əliyevə təşəkkürünü bildirən B. Nişani Albaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Albaniya ilə Azərbaycanın tarixində oxşarlıqların olduğunu deyən B. Nişani hər iki ölkənin bir sıra mühüm məsələlərin həlli istiqamətində birgə fəaliyyətinin önəmini qeyd edib.

Azərbaycanın qısa zaman ərzində sürətli inkişafa nail olduğunu vurğulayan qonaq bunun region və eləcə də digər ölkələr üçün nümunə ola biləcəyini bildirib.

O, prezident İ. Əliyevin TAP da daxil olmaqla bir sıra mühüm layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib, bu layihənin nəinki iştirakçı dövlətlər, bütün Avropa üçün mühüm əhəmiyyət daşıdığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR