İstanbulda polis əməkdaşları atəşə tutulub

İstanbulda polis əməkdaşları atəşə tutulub
# 04 mart 2016 00:56 (UTC +04:00)

Bakı-APA.İstanbulda yerli vaxtla saat 19:15-də içərisində polis əməkdaşlarının olduğu nəqliyyat vasitələri naməlum şəxslər tərəfindən atəşə tutulub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hücum zamanı ölən və yaralanan olmasa da, avtomobillərdən biri güllədən alovlanıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Daha bir silahlı insident yerli vaxtla saat 21:30-da qeydə alınıb. Polis məxsus maşına digər avtomobildən atəş açılıb. Naməlum silahlılar cəldliklə hadisə yerindən uzaqlaşmağa müvəffəq olublar.

Məlumata əsasən, artıq polis silahlılara məxsus avtomobili aşkar edib. Hazırda cinayətkarların tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, ötən gün İstanbulda polis idarəsinə hücum edən iki qadın terrorçu məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR