Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb

Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb
# 26 aprel 2016 13:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycanda səfərdə olan Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir Bakı Fransız Liseyi ilə tanış olub.

APA-nın xəbərinə görə, liseylə tanışlıqdan sonra Strasburq Universitetinin (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb.

Memorandumu Fransa tərəfdən Harlem Desir, Azərbaycan tərəfdən isə təhsil naziri Mikayıl Cabbarov imzalayıb.

Sonradan H. Desir anlaşma memorandumunu M. Cabbarova təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR