Malena Mard: “Azərbaycanla strateji tərəfdaşlıq sənədinin imzalanması üçün geniş müzakirələrə ehtiyac var”

Malena Mard: “Azərbaycanla strateji tərəfdaşlıq sənədinin imzalanması üçün geniş müzakirələrə ehtiyac var”
# 01 fevral 2016 09:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədinin imzalanması məsələsi davam edən prosesdir”.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu sahədə məsləhətləşmələr aparılır: “Azərbaycanla bu sahədə geniş müzakirələrin aparılmasına ehtiyac var. Tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq razılaşması üçün 1996-cı ildən hüquqi baza mövcuddur. Azərbaycan və Avropa İttifaqı yaxşı anlayır ki, bu gün bizim münasibətlər 90-cı illərdən tamamilə fərqlidir. Avropa İttifaqı Azərbaycan üçün yaxşı ticarət tərəfdaşıdır, Azərbaycanda ən böyük investisiyalar bizə məxsusdur. Bizim turizm, kənd təsərrüfatı daxil olmaqla, geniş sahədə əməkdaşlığımız mövcuddur. Bizim viza sadələşdirilməsi və readmissiya sazişimiz var. Hər iki tərəf yeni razılaşmanın hüquqi bazasının yaradılması imkanını araşdırmaqda maraqlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR