Misirin kurort şəhərində zəlzələ baş verib

Misirin kurort şəhərində zəlzələ baş verib
# 16 may 2016 04:53 (UTC +04:00)

Bakı-APA. Misirdə Qırmızı dənizin Aqaba körfəzində, Dəhəb kurort şəhəri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 03:45-də qeydə alınıb.

Yeraltı təkanların episentri Dəhəbdən 25 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR