Şəmkirdə Sumqayıt sakinini ilan sancıb

Şəmkirdə Sumqayıt sakinini ilan sancıb
# 25 sentyabr 2015 18:20 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə ilansancma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir rayonun Könüllü kəndinə qonaq gələn Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Teymur Qasımovu ilan sancıb.

O, qonaq getdiyi evin həyətində işləyərkən ilan onun sol əlinin baş barmağından sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. T. Qasımovun vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR