Dövlət Komitəsinin keçmiş aparat rəhbəri 170 min dollarlıq dələduzluqda ittiham olunur

Dövlət Komitəsinin keçmiş aparat rəhbəri 170 min dollarlıq dələduzluqda ittiham olunur
# 15 fevral 2016 08:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur.

APA-nın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkələrdə məlumat paylaşıb. Vəkil qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb. Sonra isə ölkədən qaçıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb.

APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur.

Onun haqda araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR