Türkiyədə Azərbaycana məxsus avtomobillərin daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib

Türkiyədə Azərbaycana məxsus avtomobillərin daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib
# 12 fevral 2016 09:47 (UTC +04:00)

Bakı-APA. Türkiyədə Azərbaycan dövlət nömrə-nişanlı avtomobillərin daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib.

APA-nın xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bununla bağlı qərarını təsdiqləyib. Rəsmi Qəzetdə yayımlanan qərar artıq qüvvəyə minib. Qərara əsasən, Azərbaycan dövlət nömrə-nişanlı avtomobillərin beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib. Azərbaycan və Türkiyə arasında yaradılacaq komissiya həmin nəqliyyat vasitələrinin Azərbaycana daşıma fəaliyyəti ilə bağlı kvota müəyyənləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR