Masallıda 12 otaqlı ev yanıb

Masallıda 12 otaqlı ev yanıb
# 05 avqust 2016 17:51 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Təzə Alvadı kənd sakinləri, 1960-cı il təvəllüdlü Xeyrulla Saday oğlu Əhədov və 1970-ci il təvəllüdlü Natiq Saday oğlu Əhədov qardaşlarına məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yanğının əhatə dairəsinin genişlənməsinin və alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi X. Əhədov boyun nahiyəsindən yanıq xəsarəti alıb, ona zəruri tibbi yardım göstərilib.

Yanğın nəticəsində ümumi sahəsi 612 kv.m olan 12 otaqlı evin ikinci mərtəbəsində 6 otaq (240 kv.m) içindəki əşyalarla birlikdə, eləcə də evin dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR