İndoneziyada İŞİD-çi kamikadze polisə hücum edib

İndoneziyada İŞİD-çi kamikadze polisə hücum edib
# 05 iyul 2016 08:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA İndoneziyanın Surakarta şəhərində terrorçu motosikletlə polis bölməsinə hücum edib.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər baş verib. Terrorçu-kamikadze üzərinə bağladığı bombanı bölmənin yaxınlığında partladıb. Terrorçu ölüb, onu saxlamağa çalışan polis əməkdaşı ilə yüngül yaralanıb.

İndoneziya prezidenti Coko Vidodo terrorçu ilə əlaqədə ola biləcək şəxslərin dərhal tapılması və həbs edilməsi əmrini verib.

Xüsusi xidmət orqanlarının məlumatına əsasən, terrorçu İŞİD-in üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR