TQDK: II ixtisas qrupu üzrə test tapşırığı ilə bağlı müraciətlər 17 abituriyentin xeyrinə həll edilib

TQDK: II ixtisas qrupu üzrə test tapşırığı ilə bağlı müraciətlər 17 abituriyentin xeyrinə həll edilib
# 03 avqust 2016 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qəbul imtahanlarının nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya Komissiyası məlumat açıqlayıb. TQDK-dan APA-ya verilən məlumatda bildirilib ki, iyulun 23-də ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında A və C variantlarında coğrafiya fənni üzrə istifadə edilmiş 75 saylı test tapşırığı açıq tiplidir və uyğunluğun müəyyən edilməsi tələb olunur. Test tapşırığı elmi-metodiki baxımdan doğrudur və ümumtəhsil məktəblərində istifadədə olan VIII sinif “Coğrafiya” dərsliklərinə əsaslanır.

Qəbul imtahanında yüksək bal toplamış və bu tapşırığı cavablandırmış 17 abituriyent test tapşırığının həllində IX sinif dərsliyi ilə VIII sinif dərslikləri arasındakı incə bir fərqi də dərindən təhlil edərək, bununla bağlı Apellyasiya Komissiyasına müraciət ediblər. Komissiya tərəfindən bu məsələ araşdırılıb və müraciət edənlərin xeyrinə həll edilib: "Qeyd olunduğu kimi test tapşırığı açıq tiplidir və Apellyasiya Komissiyasının qərarı yalnız ona düzgün cavab vermiş abituriyentlərə şamil olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR