Ali Məhkəmə AXCP-nin qurultayı ilə bağlı şikayətə baxacaq

Ali Məhkəmə AXCP-nin qurultayı ilə bağlı şikayətə baxacaq
# 08 sentyabr 2016 12:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılacaq tarix məlum olub.

APA-nın məlumatına görə, məhkəmə prosesi hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə oktyabrın 17-də keçiriləcək.

Xatırladaq ki, AXCP-nin qurultayın 2015-ci ilin sentyabrın 27-də keçirilib və Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Bakı Apellyasiya Məhkəməsi AXCP-nin qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı iddianı təmin etməyib və bu qərardan Ali Məhkəməyə şikayət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR