Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin vaxtı dəqiqləşib

Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin vaxtı dəqiqləşib
# 06 yanvar 2016 07:35 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvimini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə keçiriləcək yarışlar arasında Bakıda təşkil olunacaq “Böyük dəbilqə”nin də tarixi dəqiqləşib.

Belə ki, ənənəvi olaraq paytaxtımızda baş tutan turnir maya təsadüf edəcək. Mayın 6-da start götürəcək “Böyük dəbilqə” 3 gün sonra başa çatacaq.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk 7 yeri tutanlar, müvafiq olaraq 500, 300, 200, 100 və 80 lisenziya xalı qazanırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR