Malidə BMT sülhməramlılarına hücum olub, ölən və yaralananlar var

Malidə BMT sülhməramlılarına hücum olub, ölən və yaralananlar var
# 03 oktyabr 2016 23:56 (UTC +04:00)

Bakı-APA. Malidə silahlıların hücumu nəticəsində 1 BMT sülhməramlısı ölüb, daha 5-i yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sülhməramlılarının Aqelxok yaşayış məntəqəsindəki düşərgəsi hücuma məruz qalıb.

Düşərgə iri çaplı silahlardan atəşə tutulub, iki minalanmış avtomobil partladılıb.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib. Təhlükəsizlik Şurasının qərarı ilə BMT sülhməramlıları 2012-ci ildən etibarən Malidə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR