Gəncədə arvadı ilə mübahisə edən kişi özünü bıçaqlayıb

Gəncədə arvadı ilə mübahisə edən kişi özünü bıçaqlayıb
# 30 noyabr 2015 06:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini ailə münaqişəsi zəminində özünü bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə şəhərin Cavad xan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Azər Baxşəliyev qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə A. Baxşəliyev həyat yoldaşı ilə mübahisə etdikdən sonra özünü bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Siyəzəndə partlayış nəticəsində bir nəfər xəsarət alıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR