Quba rayon sakini bıçaqlanıb

Quba rayon sakini bıçaqlanıb
# 15 sentyabr 2015 09:29 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba şəhəri, Bəşir Səfəroğlu küçəsində yaşayan 1973-cü il təvəllüdlü Ələkbərov Natiq Əzizağa oğlu müxtəlif bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı ona 7 bıçaq zərbəsi vurulduğu aşkar edilib. Hazırda həmin şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR