Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
# 25 may 2016 07:51 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndində Zaqatala sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev idarə etdiyi “Hyundai” markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı ağaca çırpıb.

Nəticədə ağır xəsarət alan Rizvan Əliyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən Rizvan Əliyevə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR