Bakıda əsən güclü külək sabah mülayimləşəcək

Bakıda əsən güclü külək sabah mülayimləşəcək
# 04 dekabr 2015 09:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 5-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 5-i gündüzdən 7-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR