Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb

Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb
# 07 mart 2016 07:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Türkiyədə “TURAZ Şahini – 2016” hərbi təlimlərinə start verilib.

APA-nın məlumatına görə, təlimlər Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən həyata keçirilir. Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyəti artıq Türkiyədədir. İki ölkənin hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcək.

Artıq ikinci dəfədir Türkiyədə keçirilən müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR