Şamaxıda traktor sürücüsü aqreqatın altına düşərək ölüb

Şamaxıda traktor sürücüsü aqreqatın altına düşərək ölüb
# 21 oktyabr 2015 07:53 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayon sakini taxıl səpini apararkən bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Məlhəm kəndində kənd sakini, 1955-ci il təvəllüdlü Abdullayev Niyaz Namaz oğlu taxıl səpini apararkən onun idarə etdiyi traktor şum çıxarılan sahədə batıb. O, traktoru torpaqdan çıxaran zaman arxa tərəfdəki taxıl səpən aqreqatın üstünə çıxıb, traktor qəflətən hərəkət edib və sürücü ehtiyatsızlıq səbəbindən aqreqatın altına düşüb. Ərazidə tək olan Niyaz Abdullayev köməksiz vəziyyətdə qalıb və aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR