Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır"

Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır"
# 26 avqust 2016 13:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır, lakin ilk addımı münaqişə tərəfləri atmalıdır”.

APA-nın məlumatına görə, bu sözləri “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Dövlət Departamentinin sanksiya siyasət üzrə kordinatoru Deniel Frid deyib.

O bildirib ki, tərəflər nə istədiklərini müəyyənləşdirməlidirlər: “Sanki münaqişə tərəfləri olan hökumətlər onun tam həllində maraqlı deyillər. Hökumətlər Dağlıq Qarabağ münaqişəsi ilə özlərini çox rahat hiss edirlər və uzunmüddətli deyil, qısamüddətli perspektivi düşünürlər”. Dövlət Departamenti rəsmisi bildirib ki, tərəflərin müvafiq hazırlığından sonra ABŞ Fransa və Rusiya ilə birlikdə münaqişəmin uzunmüddətli həlli üçün kömək etməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR