“Bank VTB (Azərbaycan)” ölkədə ilk dəfə öz elektron dəftərxanasında “Asan İmza” xidmətini tətbiq edib

“Bank VTB (Azərbaycan)” ölkədə ilk dəfə öz elektron dəftərxanasında “Asan İmza” xidmətini tətbiq edib
# 13 noyabr 2015 13:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” öz daxili əməliyyat sistemində “Asan İmza” xidmətini tətbiq edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu, Azərbaycanın bank sektorunda ilk belə layihədir.

Yenilik nəticəsində bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq. “Asan İmza”nın tətbiqi həmçinin “Bank VTB (Azərbaycan)”a öz filial şəbəkəsinin idarə olunmasını təkmilləşdirməyə və bütün əməliyyatların vahid elektron sənəd dövriyyəsi sisteminə birləşməsinə imkan verəcək.

“Asan İmza” mobil telefonu elektron şəxsiyyət vəsiqəsi və sənədlərin imzalanması aləti kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza”nın əsas üstünlüyü smart-kartın oxunması üçün əlavə cihaz və proqram təminatının tələb olunmamasıdır. Bu xidmətdən istifadə üçün mobil telefon və rəqəmsal autensifikasiya və imza açarlarının saxlanıldığı Sim-kart kifayət edir.

“Asan İmza” sistemində istifadə olunan autensifikasiya və elektron imza sertifikatı Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR