Şəkidə 51 yaşlı kişi özünü asıb

Şəkidə 51 yaşlı kişi özünü asıb
# 27 iyul 2016 07:06 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə iki uşaq atası intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 26-da saat 23.00 radələrində Şəki şəhəri, Güləkli məhəlləsi ev 3 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Nadir Mustafa oğlu Ağayevin yaşadığı evin çardağında asılmış meyiti aşkarlanıb. Onun özünü öldürdüyü müəyyənləşib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR