Bakıda “MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi konfransı” keçirilir

Bakıda “MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi konfransı” keçirilir
# 02 dekabr 2015 07:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda “MDB neft emalı və neft-kimya həftəsi” XIX illik konfransı öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın energetika nazirinin birinci müavini Gülməmməd Cavadov Azərbaycanın neft-qaz siyasəti barəsində geniş məlumat verib. O, 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi”ndən başlayan neft siyasətindən danışıb. Bildirib ki, bu illər ərzində Azərbaycan böyük uğurlar əldə edib.

Nazir müavini deyib ki, Azərbaycan son illər ölkədə mövcud olan bütün neft-qaz komplekslərini yeniləyir. O, gələn il Bakıdan 60 kilometr kənarda yerləşən ərazidə yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisinə başlanılacağını xatırladıb. Nazir müavini deyib ki, bu layihənin ümumi dəyəri 17 milyard ABŞ dolları təşkil edir.

G. Məmmədov Sumqayıtın neft-kimya sənayesinin ölkədə hər zaman böyük rol oynadığını xatırladıb. O, həmçinin bu şəhərdə olan kimya sənayesinin SOCAR-a verildiyini və bununla da SOCAR-ın fəaliyyətinin gücləndirildiyini bildirib.

Daha sonra konfransda Qazaxıstanın Energetika Nazirliyinin neft sahəsinin inkişafı departamentinin rəis müavini Əlişir Arqimbayev çıxış edib. O, Qazaxıstanın neft-qaz sənayesində görülən və gələcəkdə görüləcək işlər barədə ətraflı danışıb.

Qazaxıstanın neft-qaz siyasəti barədə danışan Ə. Arqimbayev ölkəsinin Çin və digər qonşu ölkələrə ötürdüyü neft və qaz kəmərləri barəsində geniş məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR