Bakıda daha bir yolun tikintisinə başlanır

Bakıda daha bir yolun tikintisinə başlanır
# 25 mart 2016 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabahdan etibarən Bakı şəhərində daha bir yolun tikintisinə başlanacaq.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq martın 26-dan etibarən sözügedən avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən tikinti işlərinə start verilir.

Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərə tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR