OPEC-in baş katibi: "Əlcəzairdə hər hansı qərarın qəbul olunması nəzərdə tutulmayıb"

OPEC-in baş katibi: "Əlcəzairdə hər hansı qərarın qəbul olunması nəzərdə tutulmayıb"
# 19 sentyabr 2016 08:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabrın 27-də Əlcəzairdə neft hasilatçılarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüş məsləhət xarakterlidir və orada hər hansı bir qərarı qəbul olunması nəzərdə tutulmayıb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Əlcəzairin APS telekanalına müsahibəsində OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

"Bu, qeyri-formal görüşdü və görüşdə hər hansı qərarın qəbul olunması gözlənilmir... Fikir mübadiləsi aparmaq məqsədilə görüşün keçirilməsi barədə təklifi Qətər vermişdi", - deyə baş katib qeyd edib.

Onun sözlərinə Əlcəzairdə həmçinin ikitərəfli görüşlər də keçiriləcək.

Qeyd edək ki, bundan öncə Əlcəzairdə keçirilən görüşdə neftin hasilatının dondurulması barədə qərarın qəbul olunacağı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR