“Deutsche Welle”nin əməkdaşının adı "arzuolunmaz şəxslər" siyahısına salınacaq

“Deutsche Welle”nin əməkdaşının adı "arzuolunmaz şəxslər" siyahısına salınacaq
# 07 sentyabr 2016 15:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ""Deutsche Welle” kimi nüfuzlu kütləvi informasiya vasitəsinin jurnalisti Naomi Konradın Azərbaycan Respublikasının qanunlarını pozaraq işğal olunmuş ərazilərimizə səfəri dərin təəssüf doğurur”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycan tərəfinin mövqeyini “Deutsche Welle” media şirkətinə çatdıracaq: “Biz beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin silahlı münaqişə zonası olan işğal altındakı Azərbaycan ərazilərinə səfər etmək və orada professional fəaliyyət göstərmək kimi maraqlarını başa düşürük. Amma belə bir səfər Azərbaycan Respublikasının qanunlarına və xüsusilə, xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarına uyğun həyata keçirilməlidir. Təəssüf ki, “Deutsche Welle” jurnalisti Naomi Konrad işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlarını və Azərbaycanın Miqrasiya Məcəlləsini kobud şəkildə pozub. Müvafiq araşdırmalardan sonra onun adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR