Rusiya ilə Ermənistanı birləşdirən yol bağlanıb

Rusiya ilə Ermənistanı birləşdirən yol bağlanıb
# 20 mart 2016 06:00 (UTC +04:00)

Bakı-APA. Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu pis hava şəraiti ilə əlaqədar bağlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gecə yerli vaxtla saat 02:00-dan Hərbi Gürcüstan yolu bağlanıb.

Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Gürcüstan üzərindən Ermənistanla birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR