Ötən ay Azərbaycanda pul bazası artıb

Ötən ay Azərbaycanda pul bazası artıb
# 01 iyun 2016 14:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. May ayında Azərbaycanda pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 915,5 mln. manat artıb.

Başqa sözlə, mayda ölkədə pul bazası 13,6% artaraq 7 641,6 mln. manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 44,3 mln. manat və ya 0,58%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 739,8 mln. manat və ya 10,7% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR