Böyük Britaniya parlamenti İŞİD-in Suriya və İraqda törətdiklərini soyqırım kimi tanıyıb

Böyük Britaniya parlamenti İŞİD-in Suriya və İraqda törətdiklərini soyqırım kimi tanıyıb
# 21 aprel 2016 04:21 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya parlamenti yekdilliklə İŞİD terror təşkilatının Suriya və İraqda dini və etnik azlıqlara qarşı törətdikləri cinayətləri soyqırım kimi tanıyıb.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, müvafiq təşəbbüs ilə Mühafizəkarlar partiyasından olan deputat Feona Brüs çıxış edib.

“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırımın müəyyənləşdirilməsi üçün müvafiq sorğunun mövcudluğu mütləqdir. Bunun üçün təklifin dəstəklənməsi olduqca əhəmiyyətlidir. Soyqırımın tanınması həlledici addımdır”, deyə F.Brüs qeyd edib.

İcmalar Palatası həmçinin BMT Təhlükəsizlik Şurasını adıçəkilən məsələyə baxmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR