“Unibank”ın “İsti yay” kampaniyasının bitməsinə az qalıb

“Unibank”ın “İsti yay” kampaniyasının bitməsinə az qalıb
# 12 avqust 2016 11:16 (UTC +04:00)

Bakı. APA-Economics. “Unibank”ın “isti yay krediti” kampaniyasının bitməsinə çox az qalıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya müştərilərə sərfəli kredit götürməyə, həm də hədiyyə qazanmağa imkan yaradır.

İndi “Unibank”dan kredit götürən hər kəsə “Albalı Plus” debet kartı hədiyyə edilir. Bankın “İsti yay krediti kampaniyası” çərçivəsində rəsmi iş yeri olan hər kəs, bank filiallarına 5000 manatadək kredit üçün müraciət edə bilər. Kreditlər 2 ilədək müddətə verilir.

Kampaniya müddətində nağd kredit götürən müştərilərə “Albalı Plus” debet kartı hədiyyə veriləcək. Kampaniya avqustun 18-dək davam edəcək. Müştərilər həm sərfəli manat kreditləri götürmək, həm də pulsuz “Albalı Plus” debet kartı əldə etmək üçün ən yaxın “Unibank” filiallına yaxınlaşa bilərlər.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR