Azərbaycanda sığorta bazarının 62%-i könüllü formalaşıb

Azərbaycanda sığorta bazarının 62%-i könüllü formalaşıb
# 19 noyabr 2015 08:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə APA-Economics. 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 236,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

APA-Economics”in xəbərinə görə, bunu bu gün keçirilən ənənəvi brifinq zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 142,8 mln. manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 12,9% böyüyüb.

10 ayda ümumi ödənişin 74,1%-i və ya 103,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 7,3% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 36,2 mln. manat və ya ümumi bazarın 25,9%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,4 manatdan 25,4 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR