Samuxda transformator yanıb

Samuxda transformator yanıb
# 12 avqust 2016 00:39 (UTC +04:00)

Bakı-APA. Samuxda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Samux şəhərində “Azərişıq” ASC-yə məxsus transformatorda baş verib. Nəticədə transformatorun sarğıları və yağı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR