Kanadaya məxsus təyyarə hava burulğanına düşüb, 20 nəfər xəsarət alıb

Kanadaya məxsus təyyarə hava burulğanına düşüb, 20 nəfər xəsarət alıb
# 31 dekabr 2015 01:46 (UTC +04:00)

Bakı-APA. Kanadanın “Air Canada» aviaşirkətinə məxsus təyarrənin hava burulğanına düşməsi nəticəsində 20 sərnişin xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Şanxay- Toronto marşrutu üzrə uçan təyyarə Kalqari şəhərində eniş edib.

CTV News telekanalı 6 nəfərin hava limanından xəstəxanaya aparıldığı barədə xəbər yayıb. Ümumilikdə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təyyarənin göyərtəsində 351 nəfərin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR