Elçin Quliyev Yevlax qarnizonunda keçirilən tədbirdə iştirak edib

Elçin Quliyev Yevlax qarnizonunda keçirilən tədbirdə iştirak edib
# 19 mart 2016 14:01 (UTC +04:00)

Yevlax. Ziya Əmirxanlı - APA. Bu gün Dövlət Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev hərbi hissə və bölmələrdə təşkil olunan “Valideyn günü”ndə iştirak edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yevlax qarnizonunda baş tutan tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

E. Quliyev şəxsi heyəti və qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. Xidmətdə fərqlənən əsgərlə zabitlər döş nişanları və fəxri fərmanlarla təltif olunublar.

Valideynlər əsgərlər üçün yaradılmış xidmət şəraiti ilə tanış olublar. E. Quliyev və valideynlər əsgərlərlə birlikdə nahar edib. Tədbir Novruz bayramı münasibəti ilə təşkil edilmiş konsert proqramı ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR