Şamaxıda türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq konfrans keçiriləcək

Şamaxıda türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 11 yanvar 2016 09:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu il martın 30-dan aprelin 2-dək Şamaxıda “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransın təşkilatçıları AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Atatürk Araşdırma Mərkəzinin və Şamaxı rayon İcra Hakimiyyətidir. Konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1918-ci illər soyqırımları” bölmələr üzrə məruzələr dinləniləcək. Məruzələrin tezisləri yanvarın 30-dək Təşkilat Komitəsinə təqdim edilməlidir. Tezislərin həcmi üç səhifədən artıq olmamalı, elektron variantları [email protected][email protected] ünvanlarına göndərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR