İsveç "Şərq tərəfdaşlığı"nın davam etdirilməsinə çalışacaq

İsveç "Şərq tərəfdaşlığı"nın davam etdirilməsinə çalışacaq
# 09 fevral 2016 09:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İsveç "Şərq tərəfdaşlığı" proqramının davam etdirilməsinə çalışmaq niyyətindədir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə İsveç Krallığının xarici işlər naziri Marqot Vallström İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib. M. Vallström deyib ki, rəsmi Stokholm proqramın uğurla yerinə yetirilməsi üçün səylərini davam etdirəcək. Onun sözlərinə görə, ölkələrə fərdi yanaşma zəruridir: “Daha çox əməkdaşlıq edən ölkələrə daha çox yardım etmək lazımdır. Münasibətlərin intensivləşdirilməsi bu baxımdan ən yaxşı metoddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR